Yeni müdafiə sənayesi naziri kimdir?

0
105

Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.

Axar.az yeni nazirin dosyesini təqdim edir:

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.

2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də…

Подробнее…